Məktəb kitabxanasında Ümummilli Lider H.Əliyevin anadan olmasının 94-cü il dönümünə həsr edilmiş dəyirmi masa təşkil edildi

Bu gün məktəb kitabxanasında Ümummilli Lider H.Əliyevin anadan olmasının 94-cü il dönümünə həsr edilmiş dəyirmi masa təşkil edildi.Tədbiri giriş sözü ilə açan təşkilatçı müavin Nargilə Əhmədova Heydər Əliyevin həyat və yaradıcılığı ilə bağlı ümumi məlumat verdi.Sonra məktəbin tarix müəllimi Nuranə Vəliyeva Ulu öndərin siyasi fəaliyyətini geniş şəkildə şərh etdi.Dəyirmi masada iştirak edən 9-cu C sinfinin şagirdləri H.Əliyevin həyat yolunu,siyasi baxışlarını müzakirə etdilər.Onlar bildirdilər ki, Azərbaycan var olduqca Ulu Öndər Heydər Əliyev unudulmayacaq.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi