Bilik günü 2015-2016

2015-2016-cı dərs ilinin başlanması münasibəti ilə Bakı şəhəri 319 nömrəli tam orta məktəbdə "Bilik Günü"tədbiri keçirildi.Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Nəriman müəllim valideynləri,müəllimləri və şagirdləri salamladı.Yeni dərs ilinin başlanması münasibəti ilə hamını təbrik etdi.Ötən dərs ilindəki uğurlarımız xüsusi qeyd olundu.Belə ki,2014-2015-ci dərs ilində məktəbimizi 47 nəfər şagird bitirmişdir.Onlardan 37 nəfəri Respublikanın ali və orta ixtisas müəssisələrinə keçirilən qəbul imtahanlarında iştirak etmiş və 22 nəfər ali məktəblərə,2 nəfər isə orta ixtisas məktəblərinə qəbul olunmuşdur. Bununla yanaşı bu il məktəbin I siniflərinə104 şagird qəbul edilmiş və 4 sinifdə komplektləşdirilmişdir.Sonra məktəbin direktor müavinləri,valideynlər öz ürək sözlərini söylədilər.Bu il məktəbə ilk qədəmlərini atan birincilər şeirlər söylədilər.İlk zəngin sədaları 2015-2016-cı dərs ilinin başlanmasını elan etdi. Birinci dərslər ölkəmizdə keçirilmiş İlk Avropa oyunlarına və bu oyunlarda ölkəmizi ləyaqətlə təmsil edən idmançılarımızı həsr edildi.