Azərbaycanın təbii sərvətləri və biomüxtəlifliyi mövzusu ətrafında şagirdlərimizin araşdırmaları davam edir

“Azərbaycanın təbii sərvətləri və biomüxtəlifliyi” mövzusu ətrafında şagirdlərimizin araşdırmaları davam edir.Şagirdlər təkcə Azərbaycanda deyil həm dünyada olan hörümçəklər,əqrəblər və ilanlar haqqında geniş məlumat topladılar.Azərbaycanda əqrəblərin 3 növünə:sarı,boz və qara əqrəblərə rast gəlmək olar.Onlardan ən zəhərlisi qara əqrəbdir.Boz əqrəb respublikanın düzənlik və dağətəyi zonalarında geniş yayılmışdır.Sarı və qara əqrəb növləri isə yalnız Naxçıvan Muxtar Respublikası ərazisində yaşayır.Əqrəb zəhəri ilan zəhərindən qat-qat qiymətli hesab olunur.Azərbaycanda əsasən,2 zəhərli hörümçək növü geniş yayılmışdır.Bunlar tarantul və qara qurd növləridir.Azərbaycanda qara qurd Şirvan,Mil-Muğan düzənliklərində daha çox yayılmışdır.Lakin onların zəhərinisbətən zəifdir.Tarantul hörümçəyi düzənlik və dağətəyi sahələrdə geniş yayılıb.Azərbaycanda ilanların 24 növü qeydə alınmışdır.Onların əksəriyyəti zəhərsiz ilanlardır.