31 Mart Azərbaycanlıların soyqırımı günü

31 Mart Azərbaycanlıların soyqırımı günü ölkəmizdə 1992-ci ildən dövlət səviyyəsində qeyd olunur.Bu soyqırım Azərbaycan xalqı və dövlətçiliyi tarixində baş vermiş ən dəhşətli faciələrdən biridir. Bizim məktəbdə də 31 Mart Azərbaycanlıların soyqırımı gününə həsr edilmiş silsilə tədbirlər keçirilmişdir.Belə ki,məktəbimizin 8-9-cu sinif şagirdləri soyqırımda həlak olanların xatirəsinə ucaldılmış abidəni ziyarət etmiş,onların əziz xatirəsini hörmətlə yad edərək abidə önünə gül dəstələri qoymuşdur.Məktəbin 2-ci sinifləri məktəb foyesində faciə qurbanlarına həsr edilmiş ədəbi-bədii kompozisiya təqdim etmişdir.9-cu b sinif şagirdləri isə 31 Mart hadisələrində erməni vandalları və onların havadarları tərəfindən törədilmiş faciə həqiqətlərini əks etdirən sənədli filmi seyr etmiş və geniş müzakirələr aparmışdır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi