Ümummilli Lider H.Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr edilmiş Ən Yaxşı Təqdimat müsabiqəsinin rayon turu keçirildi.

Ümummilli Lider H.Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr edilmiş ,,Ən Yaxşı Təqdimat,,müsabiqəsinin rayon turu keçirildi.Rayonumuz üzrə müsabiqə 319 nömrəli tam orta məktəbdə keçirildi.Müsabiqənin münsiflər heyyəti məktəbimizin müəllimləri və təhsilə dəstək mərkəzinin əməkdaşları idi.Qardağ rayonu üzrə 25 məktəbdən seçilərək göndərilmiş şagirdlərin təqdimatlarına baxıldı.Ən yaxşı 5 təqdimat seçilərək növbəti tura vəsiqə əldə etdi.Bakı Şəhəri üzrə Təhsil İdarəsinin inkişaf layihələri sektorunun rəhbərliyinə və əməkdaşlarına bizə göstərdikləri etimad üçün,həmçinin 2 gün ərzində böyük həvəslə və obyektiv şəkildə çalışan müəllimlərimiz Ülviyyə Malikiyə,Nuranə Vəliyevaya və Aynur Nurməmmədovaya təşəkkür edirik.Onu da nəzərinizə çatdırırıq ki,növbəti tura vəsiqə qazanan məktəblərin siyahısına məktəbimiz düşə bilmədi.Münsiflər belə qərar verdilər.Qalibləri kollektivimiz adından təbrik edir və onlara uğurlar diləyirik.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi