"Zəfər sənə yaraşır, Azərbaycan " adlı bilik yarışı

Məktəbin ibtidai sinif müəllimi Şuqverova Milyanə "Zəfər sənə yaraşır, Azərbaycan " adlı bilik yarışı keçirdi. Yarışda şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Yarışın qalibləri tərifnamə və hədiyyələrlə mükafatlandırıldılar. Şagirdlərə Zəfər Günü ilə bağlı məlumat verildi,videoçarx nümayiş olundu. Şagirdlər şeirlər səsləndirdilər. Sonda qəsəbəmizdə yerləşən şəhidlərin abidəsi ziyarət olundu. Bu sevinci bizə yaşadan qazilərimizə allahdan cansağlığı diləyirik. Şəhidlərimizə allah rəhmət eləsin.