Məktəbimizin 4 nəfər şagirdi fənn olimpiadalarının Respublika turuna vəsiqə əldə etmişdir

Məktəbimizin 4 nəfər şagirdi fənn olimpiadalarının Respublika turuna vəsiqə əldə etmişdir.Bununla əlaqədar olaraq məktəbin direktoru ilə 11.03.2017-ci il tarixdə olimpiadada iştirak edəcək şagirdlərimizin təlimat xarakterli görüşü keçirildi.Görüş zamanı şagirdlərə olimpiadanın şərtləri,imtahan mərkəzi,iştirakçıların yerləşdirilməsi və s.bu kimi məlumatlar çatdırıldı.Onları maraqlandıran suallar cavablandırıldı.Sonda məktəbin direktoru şagirdlərimizə uğurlar arzu etdi və onların yüksək nəticələr əldə edəcəklərinə əminliyini bildirdi.