"Narkotik Bəşəriyyətin Bəlasıdır"mövzusunda maarifləndirici tədbir

15.10.2024 - cü il tarixində orta məktəbimizdə "Narkotik Bəşəriyyətin Bəlasıdır"mövzusunda maarifləndirici tədbir keçirildi.Tədbirdə 9,10,11- ci sinif şagirdləri iştirak etdi.Tədbirdə Qaradağ Rayon Polis İdarəsinin şəxsi heyətlə iş üzrə rəis köməkçisi polis polkovniki Yaşar İsayev, İdarənin Yetkinlik Yaşına Çatmayanlarla profilaktik işin təşkili bölməsinin inspektoru,polis kapitanı İlyas Vəliyev və Polis Akademiyasının Kriminalistika Kafedrasının müəllimi polis kapitanı İsmayıl Əmirli şagirdlərlə görüşüb diskussiyalar apardılar .Həmçinin şagirdləri maraqlandıran sualları cavablandırdılar.