Şagirdlərimiz fənn müsabiqələrinin növbəti turuna hazırlaşırlar

02.03.2017-ci il tarixdə məktəb üzrə fənn müsabiqələrinin qalibləri ilə məktəb rəhbərliyinin görüşü oldu.Görüşdə məktəbin direktoru,təlim tərbiyə işləri üzrə direktor müavini,təşkilatçı müavin və 6-7-ci sinif şagirdləri iştirak etdilər.Məktəbin direktoru şagirdləri fənn müsabiqəsinin məktəb turunda qalib olmaları münasibəti ilə təbrik etdi.Nəriman müəllim onların müsabiqənin növbəti turunda da uğurla iştirak edəcəklərinə inandığını bildirdi,müəyyən tövsiyyələr verdi və hər birinə uğurlar arzu etdi.Daha sonra məktəb rəhbərliyi şagirdlərimizin fənn müsabiqəsində normal iştirakını təmin etmək məqsədi ilə digər məsələləri müzakirə etdilər