Olimpiya Hərəkatı-2017 layihəsi çərçivəsində Respublika birinciliyinin məktəbdaxili yarışları 28.02.2017-ci il tarixdə yekunlaşdı
Azərbaycan Respublikası təhsil nazirliyi,Milli Olimpiya komitəsi,Gənclər və İdman nazirliyinin təşkilatçılığı ilə ,,Olimpiya Hərəkatı-2017''layihəsi çərçivəsində Respublika birinciliyinin məktəbdaxili yarışları 28.02.2017-ci il tarixdə yekunlaşdı.Məktəbdaxili yarışlar Veloidman,Badminton,Voleybol 2x2,Basketbol 3x3 və Atletika üzrə keçirildi.Yarışların ikinci mərhələsində məktəbi təmsil edəcək komandaların üzvləri fiziki tərbiyə müəllimləri tərəfindən müəyyənləşdirildi.Növbəti mərhələdə şagirdlərimizə uğurlar arzu edirik.,,Olimpiya Hərəkatı-2017'' nin məktəbimiz üzrə kordinatoru,fiziki tərbiyə müəllimi Arif Əliyevə xüsusi təşəkkürümüzü bildiririk.