"Bilik Günü"

Bu gün ölkəmizdə "Bilik Günü" qeyd olunur. "Bilik Günü" münasibəti ilə məktəbimizdə də təntənəli tədbir keçirilmişdir. Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlanan tədbirdə məktəbin rəhbər işçiləri çıxış edərək həm məktəb kollektivini, həm də şagird və valideynləri təbrik etdilər.Eyni zamanda məktəbimizin məzunu olmuş şəhid Kəlbiyev Şaiqin atası Namiq bəydə tədbirdə iştirak edərək öz xeyir duasın bizlərdən əsirgəmədi.Yeni dərs il, yeni qayğılar, yeni uğur və nailiyyətlər deməkdir.İnanırıq ki, ötən illərin təcrübələrinə əsaslanan təhsil işçiləri, valideynlər birgə fəaliyyət göstərəcək, qarşıya çıxan çətinliklərin öhdəsindən uğurla gələcəklər.Yeni tədris ilimiz mübarək.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi