Yeni tədris ilinin ilk pedaqoji şurası iclası

12 .09 .2024 -cü ildə yeni tədris ilinin ilk pedaqoji şura iclası keçirilmişdir. İclasda məktəbin direktoru Muxtarova Gülmirə qarşıdan gələn tədris ili münasibəti ilə pedoqoji heyətini təbrik etmiş, yeni gələn müəllimləri kollektivə təqdim etmiş və bu tədris ilində qarşıda duran vəzifələrdən danışmışdır. Məktəbin təqaüdə çıxan fədakar müəllimlərini: Abasov Əbülfəz və Ağayeva Elmiranı xoş sözlərlə , gözəl arzularla yola salan Gülmirə müəllim onlara möhkəm can sağlığı və uzun ömür arzulamış, bu günə qədər göstərdikləri fəaliyyətlərinə görə təşəkkür etmişdir .

Məktəbin təlim -tərbiyə işləri üzrə direktor müavini Əkbərova Cəmilə müəllim çıxış edərək növbəti tədris ilində qarşıda duran vəzifələr, görüləcək işlər haqqında məlumat verdi . Ötən ilin ən yaxşı nümunəvi dərs keçən müəllimləri Cəmilə müəllim tərəfindən sertifikatlarla təltif olundular.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi