Şagirdlərin Qobustan tarix muzeyinə ekskursiyası təşkil olundu

"Eko-etnoqrafiya şagirdlərin tədqiqatında "nominasiyasına əsasən şagirdlərin Qobustan tarix muzeyinə ekskursiyası təşkil olundu.Məktəbimizin biologiya müəllimi Məlikova Simuzərin,tarix müəllimi Vəliyeva Nuranənin rəhbərliyi və 5c sinif şagirdlərinin iştirakı ilə Qobustan tarix muzeyinə təşkil olunmuş ekskursiya zamanı əvvəlcə Qobustan tarix muzeyində şagirdlərimiz tariximizin Mezeolit dövrunə aid eksponatlarla tanış oldular.Muzeyin bələdçisi tərəfindən eksponatlar və maddi mədəni nümunələr haqqında verilən məlumatlar şagirdlər tərəfindən böyük maraqla qarşılandı.Qobustan kitabəsi və qədim tarixi özündə əks etdurən abidələr onlarda tarix elminə olan marağı daha da artırdı.Açıq səma altında olan Qobustan tarix muzeyində şagirdlər mezolit dövründə yaşayan insanların məişəti,hətta mətbəx mədəniyyəti ilə də tanış oldular.Azərbaycanın qədim musiqi mədəniyyətini özündə əks etdirən Qavaldaşı və qayalar üzərində həkk olunmuş Yallı təsvirləri Azərbaycanın qədim mədəniyyət mərkəzi olduğunu sübut edir.Ekskursiyanın sonunda şagirdlər Azərbaycanın bugünü kimi onun keçmişini əks etdirən mədəniyyət nümunələri ilə də fəxr etdiklərini bildirdilər.Hətta ekskursiyada iştirak edən şagirdlərimizdən bəziləri gələcəkdə arxeoloq olmaq istədiklərini bildirdilər.