Azərbaycanın Ombudsmanı tərəfindən müvəkkil edilmiş əməkdaşlar məktəbimizdə oldular

24.02.2017-ci il tarixdə Azərbaycanın Ombudsmanı tərəfindən müvəkkil edilmiş əməkdaşlar məktəbimizdə oldular.Onların məqsədi məktəblilərə onların hüquq və vəzifələrini öyrətmək, ,,Uşaq konvensiyasının,,müddəalarını izah etmək idi.Uşaq Hüquqlarının Pilləli Tədrisi məşğələlərinə məktəbimizin 2-10-cu siniflərinin hər birindən 2 şagird cəlb edildi.Şagirdlər yaş qruplarına uyğun olaraq 3 sinif otağında qruplaşdırıldılar.Ombudsman aparatının əməkdaşları 45-dəqiqə ərzində yaş qruplarına uyğun təlimlər keçdilər.Qrafikə uyğun olaraq növbəti məşğələ mart ayının 10 -da keçiriləcək.İnsan hüquqlarının müdafiəsi üzrə müvəkkil Elmira xanıma,şagirdlərimizə hüquqlarını öyrədən,eləcə də onları Uşaq konvensiyası barədə maarifləndirən gənc dostlarımıza məktəb rəhbərliyi,məktəbin müəllim və şagird kollektivi adından təşəkkür edirik.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi