Əlaçı şagirdlərə "Təşəkkürnamə"lər verildi

Məktəbimizdə sağlam təhsil mühitinin,rəqabətin yaradılması hər zaman ön planda olmuşdur.Çalışqan, əlaçı şagirdlərin fəaliyyəti həmişə məktəb rəhbərliyinin diqqətində olmuşdur.Bu məqsədlə ötən dərs ilindən məktəbdə ənənə şəklini almış fərqlənən şagirdlərin rəğbətləndirilməsi bu il də həyata keçirildi.Belə ki, məktəb üzrə I yarımili əla qiymətlərlə bitirən, eləcə də nümunəvi, nizam- intizamlı şagirdlərimizin valideynlərinə məktəb direktoru Nəriman Mürsəliyev tərəfindən “Təşəkkürnamə”lər verildi. Belə təşəbbüslər şagirdlərimiz arasında sağlam rəqabət mühiti yaradır, onların çalışqan, əzmkar və nizam- intizamlı olmasına səbəb olur.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi