Xocalı faciəsinin 25 illiyinə həsr olunmuş tədbirlər silsiləsi davam edir

Məktəbimizdə Xocalı faciəsinin 25 illiyinə həsr olunmuş tədbirlər silsiləsi davam edir.Məktəbin akt zalında tarix müəllimi Rəna Əhmədova və təşkilatçı Nargilənin Əhmədova rəhbərliyi ilə “Xocalı soyqırımı”adlı geniş proqramlı tədbir keçirildi.Tədbir açıq elan olunduqdan sonra Azərbaycan Respublikasının himni səsləndirildi və Xocalı şəhidləri bir dəqiqəlik sükutla yad edildi.Əhmədova Nargilə şagirdlərə rus imperiyası tərəfindən zirehli texnikalar vasitəsi ilə erməni faşistlərinin törətdiyi Xocalı soyqırımı haqqında geniş məlumat verdi.Sonra şagirdlərin ifasında Xocalıya,Qarabağa aid şeirlər səsləndirildi.O müdhiş gecəni xatırladan səhnəciklər nümayiş etdirildi.Bu çıxışlar zamanı şagirdlərimiz göz yaşlarını saxlaya bilmir,sanki gecənin dəhşətlərini bir daha yaşayırdılar.Məktəbin tarix müəllimi Rəna Əhmədova Xocalı faciəsi haqqında şagirdlərə geniş məlumat verdi,tarixi faktları izah etdi.Tədbirin sonunda isə şagirdlərə Xocalı dəhşətlərini əks etdirən sənədli film nümayiş etdirildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi