Bu gün məktəbimizdə ilk dərslər Xocalı faciəsinin 25-ci ildönümünə həsr edildi

24 fevral 2017-ci ll tarixdə 3a sinfində Rəcəbova Şəbnəm müəllim tərəfindən “Xocalı” faciəsinə həsr olunmuş dərs keçirildi.Dərsdə Xocalı faciəsi zamanı ermənilər tərəfindən qətl edilmiş həmvətənlərimiz 1 dəqiqəlik sükutla yad edildi.Daha sonra şagirdlərə Vahid Mustafayevin “Xoca” filmi və Xocalıya aid sənədli videoçarx nümayiş etdirildi.Film izləndikdən sonra 3a sinif şagirdləri Xocalıya aid müxtəlif şairlərin şeirlərini söylədilər,bu mövzuda çəkdikləri rəsm əsərlərini təqdim etdilər.Şagirdlərin hazırladıqları ədəbi-bədii kompozisiya dərsi izləyən Əhmədova Nargilə,Allahverdiyeva Xuraman müəllim tərəfindən yüksək qiymətləndirildi."Xocalı soyqırımı"na həsr olunmuş dərslər silsiləsindən növbəti dərs 4b sinfi tərəfindən Qasımova Qutan müəllimin təşçilatçılığı ilə keçirilmişdir.Tədbirdə Allahverdiyeva Xuraman,Əhmədova Nargilə,kitabxana müdiri Qəhrəmanova Təranə və kitabxanaçı Həbibzadə Nailə iştirak etdilər.Dərsin giriş hissəsində Qutan müəllim şagirdlərə qan yaddaşımız Xocalı soyqırımı ilə bağlı geniş məlumat verdi və Xocalıya aid videoçarx nümayiş etdirdi.Sonra 4b sinfinin şagirdləri vətənə,Qarabağa,Xocalıya aid şeirlər səsləndirdilər,kiçik ədəbi-bədii kompozisiya təqdim etdilər.Şagirdlər həmçinin qarabağın tarixi haqqında məlumat verdilər,işğal olunmuş rayonlarımızın adlarını sadaladılar.Dərsin sonunda şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi