4a sinfində "Açıq dərs" keçirilib

24.02.2017-ci il tarixində məktəb kitabxanasında “Xocalı faciəsi” haqqında Allahverdiyeva Xuraman müəllimə tərəfindən açıq dərs keçirildi.Dərsi tədris işləri üzrə direktor müavini Əliyev Hacəli,müəllimlər Quliyeva Aynurə,Sərkərova Zemfira,Quliyeva Zeynəb,kitabxana müdiri Qəhrəmanova Təranə və kitabxanaçı Həbibzadə Nailə izləyirdilər.Dərsin əvvəlində sinif rəhbəri Xuraman müəllimə şagirdlərə Xocalı soyqırımı haqqında geniş məlumat verdi,Xocalıya aid videoçarx nümayiş etdirildi.Xuraman müəllimə həmçinin şagirdləri 1918-ci ildə baş vermiş 31 mart soyqırımı ilə bağlı bilgiləndirdi.O qeyd edti ki,”Mart soyqırımı”na ilk dəfə hüquqi qiymət ulu öndər heydər Əliyev tərəfindən verilmiş və “31 mart azərbaycanlıların soyqırımı” günü elan olundu.Sonra qruplar özlərini təqdim etdilər və Xuraman müəllimə mövzuları elan etdi.I qrup Kəlbəcər qrupu -20 yanvar və Xocalı faciəsini birləşdirən və fərqləndirən cəhətlər hansılardır.II qrup Laçın qrupu – Vətənə aid atalar sözü yazın.III qrup Zəngilan qrupu-“Nə üçün Xocalı faciəsi xalqımızın tarixində soyqırım kimi yadda qalacaqdır”.IV qrup Şuşa qrupu – Xocalı faciəsinə aid şəkil çəkin.Qruplar tapşırıqlarını yerinə yetirdikdən sonra şagirdlərin təqdimatları dinlənildi.Təqdimatlar bitdikdən sonra məlumatınmüzakirəsi və mübadiləsi həyata keçirildi.Təqdimatlar zamanı Əliyev Əli,Hətəmli Oruc,Hüseynov Murad xüsusilə fərqlənərək Qarabağ tarixi,Xocalı haqqında geniş danışdılar.Dərsin sonunda Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi və Xocalı şəhidləri bir dəqiqəlik sükutla yad edildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi