Məktəbimizdə XIX əsrin II yarısı - XX əsrin əvvəllərində Azərbaycanda baş verən iqtisadi dəyişikliklər və ekoloji vəziyyət adlı dəyirmi masa keçirildi

"Azərbaycan tarixi və etnoqrafiyası"aylığı çərçivəsində 9a sinif şagirdlərinin iştirakı və Rəna müəllimin rəhbərliyi ilə "XlX əsrin ll yarısı - XX əsrin əvvəllərində Azərbaycanda baş verən iqtisadi dəyişikliklər və ekoloji vəziyyət" adlı dəyirmi masa keçirildi.Müzakirələr zamanı şagirdlər neftin çıxarılması,hasilatı və emalı zamanı ətraf mühitə dəyən zərərlərdən danışdılar.Mövzu ilə bağlı video çarxlara baxdılar.Sonda onlar müasir dövr Azərbaycanda neft sənayesinin inkişafını və emalı zamanı ekologiyanın qorunmasının yüksək səviyyədə olduğunu vurğuladılar.Şagirdlər XX əsrin Azərbaycan mədəniyyəti haqqında ətraflı və geniş məlumat verdilər Rəna müəllimə şagirdlərə neft hasilatında ekologiyanı çirkləndirən vasitələrdən biri olduğunu qeyd etdi.Belə ki,ölkəmizdə neft çıxarılması zamanı dəniz suyunun çirklənməsi,müxtəlif metal konstruksiyalı avadanlıqlarının dənizin dibinə yerləşdirilməsi nəticəsində dənizdə yaşan canlıların məhvinə səbəb olur.Bu səbəbdən də dünyada çox məşhur olan "Nərə balığının kürüsü"artıq əvvəlki illərlə müqayisədə xeyli azalmışdır.Ümumiyyətlə dəyirmi masa ətrafındakı müzakirələrdə şagirdlər tarixin müxtəlif mərhələlərində baş vermiş ekoloji problemlər haqqında fikir mübadiləsi apardılar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi