Tarixi keçmişimiz - qürur mənbəyimizdir Azərbaycan tarixi və etnoqrafiyası mövzusu ətrafında şagirdlərimiz öz araşdırmaları nəticəsində milli mənəvi dəyərlərimizi əks etdirən sərgi təqdim etdilər

Tarixi keçmişimiz-qürur mənbəyimizdir” “Azərbaycan tarixi və etnoqrafiyası” mövzusu ətrafında Vəliyeva Nuranənin təşkilatçılığı altında və şagirdlərimizin araşdırmaları nəticəsində milli-mənəvi dəyərlərimizi əks etdirən sərgi təqdim edildi.Sərgi məktəb kollektivinin və valideynlərin də böyük marağına səbəb oldu.Təqdimat prosesində Azərbaycan mədəniyyətini və tarixini özündə qoruyub saxlayan qədim xalça və kilimlər,Azərbaycan dövlətçiliyinə aid qədim pullar,qadınlara məxsus zinət əşyaları,məişət əşyaları,mis qablar və s.nümayiş etdirildi.Sərgidə tarixi abidələrimizi əks etdirən və milli geyimlərimizin elementlərini özündə birləşdirən foto stend təqdim olundu.Şagirdlərimizin tarixi keçmişimizə göstərdiyi diqqət və maraq onların təqdimatı zamanı özünü daha aydın göstərdi.Sonda məktəbin tarix müəllimi Nuranə Vəliyeva şagirdlərə tariximizi,milli-mənəvi dəyərlərimizi unutmamağı və ulu babalarımızdan qalan bu irsi gələcək nəsillərə ötürməyi tövsiyə etdi.Şagirdlərimizin tariximizi sevməsi,dəyər verməsi bizim məktəbimizin kollektivinin zəhmətinin nəticəsidir.