Xocalı faciəsinin 25-ci ildönümünə həsr edilmiş "Bir yurd vardı Xocalı" adlı şeir müsabiqəsi keçirildi

22.02.2017-ci il tarixdə məktəb kitabxanasında Xocalı faciəsinin 25-ci ildönümünə həsr edilmiş "Bir yurd vardı Xocalı" adlı şeir müsabiqəsi keçirildi.Müsabiqədə məktəbin 1-9-cu sinif şagirdləri iştirak etdilər.Müsabiqədə səsləndirilən şeirlər münsiflər heyyəti tərəfindən dinlənildi.Şagirdlərin tələffüsü,şeirin mahiyyəti üzrə seçilməsi,tələffüs zamanı intonasiya və s. keyfiyyətlər əsas götürüldü.Münsiflərin obyektiv seçimlərinin nəticəsində aşağıda adları və sinifləri qeyd olunan şagirdlərimiz müsabiqənin qalibləri seçildilər.1.Həşimov Amil-2a sinfi2.Feyziyeva Günel-3b sinfi3.Soltanova Fidan-4b sinfi4.Bayramlı Rumiyə-5c sinfi5.Zeynallı Nəzrin-5ç sinfi6.Quliyeva Fidan-6c sinfi7.Atayeva Zərifə-8a sinfi8.Adışlı Aygün-9a sinfi9.Seyidəhmədli Sərvət-9a sinfiQeyd edək ki,məktəbimizdə keçirilən belə müsabiqələr şagirdlərimizində şeirə və ədəbiyyata daha çox həvəs yaratmaqla yanaşı,həm də kitabxana ilə əməkdaşlığın möhkəmlənməsinə səbəb olur.Müsabiqə zamanı fərqlənən şagirdlərimiz məktəb rəhbərliyi tərəfindən fəxri fərmanlarla mükafatlandırıldı.Müsabiqədə iştirak edən digər şagirdlərə də növbəti müsabiqələrdə daha yaxşı çalışıb,nəticə göstərmələri üçün lazımi tövsiyələr verildi.