Məktəbimizdə 9-cu siniflərdə buraxılış imtahanlarının I mərhələsinin qaydalarına uyğun olaraq sınaq keçirildi

22 fevral 2017-ci il tarixdə məktəbimizdə 2016/2017-ci tədris ilinin Fəaliyyət Planının 1.1.3.7-ci bəndinə uyğun olaraq IX sinif şagirdlərinin ümumi orta təhsil kursu üzrə buraxılış imtahanlarına hazırlıq səviyyəsinin öyrənilməsi məqsədilə, DİM(TQDK)-in təsdiq etdiyi buraxılış imtahanlarının I mərhələsinin qaydalarına uyğun olaraq sınaq imtahanı keçirildi. Digər məqsdimiz isə Bakı üzrə 5 mart tarixində nəzərdə tutulan buraxılış imtahanlarının I mərhələsinə şagirdlərimizin psixoloji cəhətdən hazırlıq səviyyələrinin yüksəldilməsidir.Bu məqsədlə,məktəbin 9-cu sinif şagirdləri məktəb rəhbərliyinin iclası keçirildi.İclasda şagirdlərə bu sınaq imtahanının qarşıdan gələn buraxılış imtahanına hazırlıq məqsədi ilə keçirildiyi izah olundu.Şagirdlərə qiymətləndirmə meyarları izah olundu,onların sualları cavablandırıldı,cavab kartından istifadə qaydaları başa salındı.İmtahan riyaziyyat və Azərbaycan dili fənləri üzrə keçirildi.Riyaziyyatdan 10 açıq ,Azərbaycan dilindən isə 10 açıq,10 qapalı sual tərtib edildi.Fərqlənmə şəhadətnaməsi almaq istiyən şagirdlər üçün Azərbaycan dilindən Esse mövzuları təqdim olundu.Sınaq imtahanı zamanı məktəbin direktoru Nəriman Mürsəliyev tez tez siniflərə baş çəkmiş,imtahan prosesinə ciddi nəzarət etmişdir.Keçirilmiş sınağın qarşıdan gələn buraxılış imtahanlarının nəticələrinə müsbət təsir edəcəyinə əminik.