"Mənim ana dilim,mənim varlığım" mövzusunda tədbir keçirildi

21 fevral 2017-ci il tarixdə məktəbin akt zalında "Mənim ana dilim,mənim varlığım "mövzusunda tədbir keçirildi.Tədbiri məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Aytəkin Babayeva hazırlamışdı.Tədbirdə məktəbin 5b,6a,6b,7a,7c sinif şagirdləri iştirak etdilər.Onların ifasında Azərbaycanın tanınmış şairləri Səməd Vurğunun,Bəxtiyar Vahabzadənin,Məhəmmədhüseyn Şəhriyarın,Nəbi Xəzrinin ana dilimizə həsr edilmiş şeirləri səsləndirildi.6-cı sinif şagirdlərinin səhnələşdirdikləri Səməd Vurğunun ,,Vaqif,,mənzum dramından və Abbasqulu ağa Bakıxanovun ,,Hikmətin fəziləti,,əsərindən parçalar tədbir iştirakçılarının marağına səbəb oldu.Valideyn məktəb icmasının üzvü Elsevər müəllimin rəhbərliyi ilə qurulan rəqslər şagirdlərimiz tərəfindən ifa edildi.Ədəbi-bədii kompozisiya 5c sinif şagirdi Əliyev Orxanın ifasında sözləri Ə.Dadaşov,müsiqisi Ə.Məmmədova məxsus olan ,,Mənim Azərbaycanım,,musiqisi ilə sona çatdı.