" Çərşənbə iməcilikləri"nə start verildi

21.02.2017-ci il tarixdə məktəbimizdə "Ekologiya və Sağlamlıq" istiqamətində "Çərşənbə iməcilikləri" layihəsinə start verildi. Məktəbimizin 8a və 8b sinifləri Ülviyyə müəllimin,Nuranə müəllimin rəhbərliyi ilə məktəb ərazisinin yaşıllıq ərazisində iməcilik təşkil etdilər.Novruzun gəlişinin müjdəçisi olan "çərşənbə"lərimizi uşaqlar çox böyük sevinclə qarşılayırlar.Elə bu sevinc və həvəslə də şagirdlərimiz işə başladılar.Oğlanlar məktəb həyətindəkiağacların dibini bellədilər,qızlarımız ərazini quru yarpaqlardan,kağız tullantılardan təmizlədilər.Məktəbin təsərrüfat işləri üzrə direktor müavini Elmira xanımın nəzarəti altında toplanmış artıq tullantılar ərazidən uzaqlaşdırıldı.İməcilikdə iştirak edən şagirdlərimiz məktəbin ikinci evimiz olduğunu dərk edir ,həyətyanı sahənin təmizlənməsi və qorunmasında iştirak etməyi özlərinə mənəvi borc bilirlər.Yazın gəlişi ilə əlaqədar olaraq Bakı şəhəri üzrə Təhsil İdarəsinin qərarına əsasən növbəti çərşənbələrdə də ,ümumməktəb iməcliklərinin keçirilməsi nəzərdə tutulur.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi