Xocalı soyqırımının 25-ci il dönümü ilə əlaqədar tədbir

Xocalı Soyqırımının 25-ci ildönümü ilə əlaqədar 2 ç və 2 a siniflərinin ifasında ,,Xocalı xalqımızın qan yaddaşı,,mövzusunda ədəbi-bədii kompozisiya təqdim edildi.Şagirdlırimiz Azərbaycan bayrağını dalğalandırdılar,laylalar,bayatılar söylədilər.Xocalı Faciəsi haqqında məktəbin təşkilatçısı Nargilə Əhmədova,İbtidai sinif müəllimləri Mehparə Nağıyeva və Xuraman Allahverdiyeva şagirdlərə məlumatlar verdilər.Şagirdlər tərəfindən ,,Laylay Xocalım laylay,,şeiri ürək yanğısı ilə söylənildi.Sonda Xocalı Faciəsini,erməni vəhşiliyini əks etdirən sənədli film izlənildi.Xalqımızın qanlı tarixini ibtidai sinif şagirdlərinə ürək yanğısı ilə başa salamq,onlarda vətənpərvərlik duyğusunu yüksəltmək,düşmənə nifrət hissini oyatmaq hər bir müəllimin vətən qarşısında,Xocalı faciəsinin qurbanları qarşısında müqəddəs borcudur.Allah Xocalı qurbanlarına rəhmət eləsin!