"10 May- Ulu öndər Heydər Əliyevin 92 illiyi" və ənənəvi "Gül bayramı" üçün tədbirlər silsiləsindən

Ulu öndərimiz Heydər Əliyev cənablarının 92- ci illiyi və Gül bayramının ənənəvi qeyd olunması ilə bağlı tədbirlərə biz 319 saylı məktəb kollektivi də laqeyd qalmadıq. Məktəb rəhbərimiz Hacıəli Əliyev başda olmaqla məktəbin təşkilati işləri üzrə müdir müavini Nargilə Əhmədova, əmək müəllimələri Rəna Nəcəfova, Zenfira Sərkərova və bir neçə müəlliməmizdə Qaradağ rayonu üzrə Lökbatan qəsəbəsində keçirilən tədbirdə iştirak etdik. Bayram tədbiri üçün hazırladığımız əl əməklərini nümayiş etdirdik. Bir neçəsini sizlərlə paylaşırıq. Tam şəkildə şəkilləri görmək istəyənlər Fotoqalereya və tədbirdən müəyyən anlar görmək istəyənlər Videoqalereya bölməsinə buyursunlar.