Qaradağ rayonu 38-ci Polis Bölməsinin Yetkinlik Yaşına Çatmayanların İşi üzrə inspektoru polis kapitanı Kamal Əliyevin şagirdlərlə görüşü

14.02.2017-ci tarixdə məktəbimizin 9-10-11-ci sinif şagirdləri və bir qrup valideynlərlə Qaradağ rayonu 38-ci Polis Bölməsinin Yetkinlik Yaşına Çatmayanların İşi üzrə inspektoru polis kapitanı Kamal Əliyevin görüşü təşkil edildi.Görüşdə şagirdlərə onların hüquq və vəzifələri haqda məlumat verildi.Eləcə də zərərli vərdişlər,onların fəsadları,azyaşlıların fiziki istismarı və s.mövzulara toxunuldu.Diskusiya şəraitində keçirilın tədbirdə şagirdlərin və valideynlərin sualları polis əməkdaşı tərəfindən ətraflı şəkildə cavablandırıldı.Mahiyəti üzrə şagirdlərə mühüm tövsiyələr verildi.Əminik ki,məktəbdə keçirilən belə tədbirlər şagirdlərimizin təlim tərbiyəsinə öz müsbət təsirlərini göstərəcəkdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi