Ekoloji mədəniyyət və incəsənətin təbliği istiqamətində növbəti məktəb tədbiri reallaşdırıldı

2016-2017-ci tədris ilinin fevral ayı üçün məktəbimizdə ,Ekoloji mədəniyyət və incəsənət Azərbaycanın ekoloji tarixi və etnoqrafiyası,,mövzusunda aylığa start verilib.13.02.2017-ci il tarixdə ,,Ekoloji mədəniyyət və incəsənətin təbliği,,istiqamətində növbəti məktəb tədbiri reallaşdırıldı.Belə ki,məktəbin tarix müəllimi Nuranə müəllimin rəhbərliyi ilə 7b sinif şagirdləri Dədə Qorqud dastanını dəyirmi masa ətrafında müzakirə etdilər.Dastanda Oğuz türklərinin torpaq sevgisindən,onların təbiətə,heyvanlara göstərdikləri qayğıdan bəhs olundu.Həmçinin qeyd olundu ki,babalarımızın ümumilikdə vətənə,təbiətə olan sevgiləri onların daşıdıqları adlarda da hiss olunur.Şagirdlərimiz Oğuz türklərinin dağ kimi qürurlu,qurd kimi qorxmaz,axar çay kimi pak,təmiz olmalarının heç də təsadüfi olmadığı qənaətinə gəldilər.Layihə çərçivəsində tədbirlərimiz davam edəcək.