Azərbaycan tarixi və etnoqrafiyası mövzusunda 1c sinfinin təsviri-incəsənət dərsi Milli geyimlər mənəvi zənginliyimizdir mövzusuna həsr olundu

“Təhsili dəyərə çevirək” devizi altında ,”Azərbaycan tarixi və etnoqrafiyası” mövzusunda,1c sinfinin təsviri-incəsənət dərsi”Milli geyimlər mənəvi zənginliyimizdir” mövzusuna həsr olundu.Dərsi 1c sinfinin sinif rəhbəri ibtidai sinif müəllimi Xanım Nəcəfova hazırladı.Milli mədəniyyətimizin gözəlliyini,tarixi keçmişini özündə birləşdirən,işləmələrin əks olunduğu milli geyimlərimizdən bəhs edən video roliki izləyən şagirdlərimiz paylama vərəqlərini boyadılar.Dərs prosesində milli geyimlər şagirdlər vasitəsi ilə nümayiş olundu.