Şagirdlərimiz fənn olimpiadalarında növbəti tura vəsiqə qazandılar

2016-2017-ci dərs ilinin fəaliyyət planına uyğun olaraq məktəb üzrə fənn olimpiadalarının məktəb turu keçirildi.Məktəb turunda yüksək nəticə göstərən şagirdlərimizdən ayrı-ayrı fənlər üzrə 14 nəfər şagirdimiz müəyyən edildi.Məktəbimizin aparıcı müəllimlərinin obyektiv seçimi və şagirdlərlə əlavə məşğələləri öz nəticəsini göstərdi.Fənn olimpiadalarının rayon(şəhər) turu məktəbimiz üçün uğurlu oldu.Belə ki,aşağıda adları qeyd olunan şagirdlərimiz müxtəlif fənlər üzrə yüksək nəticə göstərərək növbəti tura vəsiqə əldə etdilər. 1.Qədiməliyeva Fidan 11-ci sinif Azərbaycan dili -91.429 bal,2.Hacıyev Hacıhəsən – 11-ci sinif -biologiya - 80 bal,3.Nəcəfli İlahə - 9-cu sinif riyaziyyat – 68 bal,4.Abbasov Hüseyn – 10 –cu sinif coğrafiya – 60 bal.Onuda xüsusi qeyd etmək lazımdır ki, məktəbin 11A sinif şagirdi Qədiməliyeva Fidan fənn olimpiadalarının rayon(şəhər) turunda Azərbaycan dili fənni üzrə 100 mümkün baldan 91,429 toplamaqla Qaradağ rayon məktəbliləri arasında müvafiq fənn üzrə ən yüksək nəticəni əldə etmişdir.Hal- hazırda növbəti tura vəsiqə qazanmış şagirdlərimizlə onların fənn müəllimləri ciddi şəkildə məşğul olurlar.İnanırıq ki,2016-2017-ci dərs ilinin mart ayında keçiriləcək fənn olimpiadalarının Respublika turunda da şagirdlərimiz uğurla iştirak edərək yüksək nailiyyətlər əldə edəcəklər.