Məktəbimizdə Böyük Summativ Qiymətləndirmələr keçirildi

Azərbaycan Respublikası təhsil nazirinin Böyük Summativ Qiymətləndirmələrin keçirilməsi ilə bağlı müvafiq əmrinin icrasını təmin etmək məqsədi ilə məktəbin direktoru Nəriman Mürsəliyev məktəb üzrə I-IX siniflərdə 14.11.2016-cı il tarixdə paralel siniflərdə ayrı-ayrı fənlər üzrə mərkəzləşdirilmiş BSQ-lərin keçirilməsi ilə bağlı müvafiq əmr verdi. Əmrə müvafiq olaraq məktəb üzrə işçi qrup yaradıldı.İşçi Qrupa fənn müəllimləri və məktəbin tədris yardımçı heyəti cəlb edildi.BSQ-lər məktəbin idman zalında paralel siniflər üzrə mərkəzləşmiş qaydada keçirildi.1-4-cü siniflərdə mərkəzləşmiş BSQ Azərbaycan dili,riyaziyyat,həyat bilgisi fənlərindən,5-9-cu siniflərdə isə Azərbaycan dili,riyaziyyat və ingilis dili fənlərindən keçirildi.BSQ sualları I yarımildə tədris olunmuş proqrama uyğun ,hər fəndən 15 sual həcmində tərtib edildi.BSQ-lər məktəb rəhbərliyinin ciddi nəzarəti altında və tam obyektiv keçirildi.BSQ-lər işçi qrupun yoxlama qrupu tərəfindən yoxlanıldı və qiymətləndirildi.BSQ-lərin nəticələri fənn müəllimlərinə və şagirdlərə elan olundu.Mərkəzləşməsi aparılmayan digər fənlərdən də BSQ-lərin sualları hazırlandı,siniflər üzrə nəzarətçilər təyin olunmaqla və rəhbərliyin tam nəzarəti altında obyektiv şəraitdə keçirildi.BSQ-nin və I yarım ilin nəticələri pedaqoji şurada geniş müzakirə olundu.Pedaqoji kollektivə rəhbərlik tərəfindən mahiyyəti üzrə tövsiyələr verildi.Nəticələri yüksək olan müəllimlər məktəb direktoru tərəfindən rəğbətləndirildi.Nəticələri zəif olan müəllimlərə xəbərdarlıq edildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi