Məktəbimizdə 20 yanvar faciəsinə həsr olunmuş tədbirlər,dəyirmi masalar keçirildi

20 yanvar faciəsinin 27-ci ildönümünə həsr olunmuş tədbirlərdə məktəbimizin həm ibtidai,həm də yuxarı sinifləri çox fəal iştirak etdilər.Ümumxalq matəm günü tədbirləri məktəb kitabxanasında müxtəlif siniflər tərəfindən keçirildi.4a və 4b siniflərinin şagirdləri şəhidlərə həsr olunmuş şeirlər,bayatılar söyləyərək şəhidlərimizi yad etdilər.Allahverdiyeva Xuraman və Qasımova Qutan müəllim şagirdlərinə bu tarixi gün barədə məlumat verdilər.Məktəbin tarix müəllimləri Vəliyeva Nuranə 5c və Vəliyeva Billurə 7A sinfi ilə kitabxanada 20 yanvar faciəsinə həsr olunmuş dəyirmi masa təşkil etdilər.Şagirdlərə 20 yanvar faciəsi ilə bağlı məlumatlar verildi,videoyazılar nümayiş etdirildi.Eyni zamanda şagirdlərin də fikirləri dinlənərək müzakirə olundu.Canlarını Vətənin azadlığı,müstəqilliyi uğrun da qurban verən övladlarımız heç zaman unudulmayacaq.Onların əziz xatirələri tərəfimizdən daim hörmət və ehtiramla anılacaq.Bu faciənin unudulmaması və nəsillərdən nəsillərə ötürülməsi bizlərin vətəndaşlıq borcudur.Allah şəhidlərimizə rəhmət etsin!
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi