Qanlı 20 yanvar faciəsinin 27-ci il dönümü

Qanlı 20 Yanvar faciəsinin 27-ci ildönümü ilə bağlı məktəbimizin müəllimləri Məmmədova Validə və Alıyeva Könülün rəhbərliyi ilə 7 a və 6 b sinfinin şagirdləri Şəhidlər Xiyabanını ziyarət etmiş,faciə qurbanlarının məzarları üzərinə tər çiçəklər düzmüşlər.Eyni zamanda məktəbin tədbirlər planına uyğun olaraq müxtəlif siniflərimiz tərəfindən 20 Yanvar Faciəsini əks etdirən divar qəzetləri və stendlər hazırlanaraq nümayiş etdirilmişdir.