"RİYAZİ DÜNYAMIZ" adlı tədbir

31.10.2023- cü il tarixində məktəbimizdə məktəbin riyaziyyat müəllimi, sinif rəhbəri Haqverdiyeva Dünya və 5 C sinif şagirdlərinin təşkilatçılığı ilə "Riyaziyyat və informatika" aylığı çərçivəsində riyaziyyat gecəsi keçirildi. "RİYAZİ DÜNYAMIZ" adlı tədbirdə ilk olaraq Azərbaycan Dövlət Respublikasının himni səsləndi. Tədbiri H. Dünya açıq elan etdi. Şagirdlərin təqdimatında riyaziyyatın tarixi, həyatımızda rolu, dahilərin əsrlər əvvəl söylədiyi kəlamlar, riyazi fiqurların xassələri haqqında məlumat verildi. Daha sonra şagirdlər riyazi məntiqi təfəkkürü yoxlayan və diqqət tələb edən oyunlar oynadılar.Sinif şagirdləri tədbirin bədii hissəsində milli rəqs etdilər. Tədbirdə məktəbin direktoru Muxtarova Gülmirə, təlim - tərbiyə işləri üzrə direktor müavini Əkbərova Cəmilə və məktəbin təşkilat işləri üzrə direktor müavini Əhmədova Nargilə, digər müəllimlər və valideynlər iştirak etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi