Kitabxanada riyazi məntiq tədbiri keçirildi

Məktəbimizdə oktyabr ayı üçün elan olunan "Riyaziyyat və informatika aylığı" çərçivəsində silsilə tədbirlərdən biri də 16.10.1023-cü il tarixində sinif rəhbəri Haqverdiyeva Dünya və 5 C sinif şagirdlərinin təşkilatçılığı ilə kitabxanada riyazi məntiq tədbiri keçirildi. Tədbirdə şagirdlər insan beyninin fəaliyyəti, inkişafı həyatımızda rolu haqqında göstərilən video çarxda məlumat aldılar. Qeyri - səlis məntiq nəzəriyyəsinin banisi Lütfizadənin həyat və yaradıcılığı ilə bağlı bütün məqamları öyrəndilər. Sonda şagirdlər fərdi və qrup şəklində məntiqi təfəkkürü yoxlayan testlər həll etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi