20 Yanvar hadisələrindən 33 il keçir

20 Yanvar hadisələrindən 33 il keçir. Azərbaycanın çağdaş tarixi, Şəhidlər Xiyabanımız, küçə vəmeydanlarımızdakı memorial abidələr bizə bu hadisəni unutmamağı öyrədir, ondan dərsalıb irəli getməyə çalışmalıyıq.Qanlı 20 Yanvar hadisələrinin 31-ci ildönümü ərəfəsində Müzəffər Ali Başkomandan cənab İlham Əliyevin məqsədyönlü siyasəti və qətiyyəti, xalqımızın vəhdəti vəSilahlı Qüvvələrimizin rəşadəti nəticəsində 30 ilə yaxın əsirlikdə qalan doğma

torpaqlarımız azad olundu. 44 günlük Vətən müharibəsi dövründə cəbhənin bütün istiqamətlərində düşməni darmadağın edən qəhrəman əsgər və zabitlərimizin qanıbahasına ölkəmizin ərazi bütövlüyü bərpa olundu. Xalqımızın qəhrəmanlıqənənələrinə sadiqliyini nümayiş etdirməklə yanaşı, Vətənimizin müstəqilliyi və ərazibütövlüyü uğrunda canımızdan belə keçməyə hazır olduğumuzu bir daha sübut etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi