"N.Gəncəvi yaradıcılığında ümumbəşəri dəyərlər" mövzusunda dəyirmi masa keçirildi

08.12.2022 ci il tarixində məktəb kitabxanasında 10 b sinif şagirdlərinin iştirakı ilə "N.Gəncəvi yaradıcılığında ümumbəşəri dəyərlər" mövzusunda dəyirmi masa keçirildi .Tədbir Azərbaycan dili və ədəbiyyat müəllimi Ülviyyə Maliki və kitabxana müdiri Təranə Qəhrəmanova tərəfindən təşkil edilmişdi. Nizami yaradıcılığı ilə yaxından tanış olan şagirdlər onun "Xəmsə" yə daxil olan poemaları müzakirə edərək şairin bədii irsindəki humanizm , ədalət , vətənpərvərlik və digər insani keyfiyyətlər barədə fikir mübadiləsi apardılar , əsərlərindən nümunələr səsləndirdilər.