Məktəbimizin kitabxanasında İmaddədin Nəsiminin Ağrımaz qəzəlinin müzakirəsi keçirildi

20.12.2016-cı il tarixdə məktəbimizin kitabxanasında İmaddədin Nəsiminin ,,Ağrımaz,,qəzəlinin müzakirəsi keçirilmişdir.Tədbiri məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Ülviyyə Maliki və məktəb kitabxanasının müdiri Təranə Qəhrəmanova təşkil etmişdilər.Müzakirədə iştirak edən 8-cilərə ana dilli poeziyamızın ən qüdrətli nümayəndələrindən olan İ.Nəsiminin həyat və yaradıcılığı barədə məlumat verilmiş,Nəsimi filmindən fraqmentlər nümayiş etdirilmiş və şagirdlərimizin ifasında şairin qəzəlləri səsləndirilmişdir.