Əhməd Cavadın 130 illiyinə həsr olunmuş sinif tədbiri keçirildi

Məktəbin 6 b sinfində Azərbaycanın Cümhuriyyət nəğməkarı Əhməd Cavadın 130 illiyinə həsr olunmuş sinif tədbiri keçirildi. Öncə Azərbaycan dili və ədəbiyyat müəllimi Ülviyyə Maliki şagirdlərə Əhməd Cavadın həyat yolu və yaradıcılığı ilə bağlı məlumat verdi. Sonra şagirdlər tərəfindən şairin şeirləri söylənildi, onun sözlərinə bəstələnmiş musiqilər səsləndirildi . Sonda şagirdlərə şairin həyatına həsr olunmuş videorolik nümayiş etdirildi