"Dalğalan ,ey şanlı bayrağım" mövzusunda sinif tədbiri

Məktəbin 6b sinfində "9 Noyabr Bayraq Günü "və "Zəfər Günü" nə həsr olunmuş "Dalğalan ,ey şanlı bayrağım" mövzusunda sinif tədbiri keçirilmişdir .Öncə himn səsləndirilib , şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib . Şagirdlərə şanlı zəfər tariximizi əks etdirən videoçarx nümayiş etdirilib. Sonra şagirdlər Azərbaycana,Qarabağa həsr olunmuş şeirlər səsləndirib, vətənpərvərlik ruhunda musiqilər ifa ediblər.