Azərbaycan müstəqilliyinin bərpa edilməsinin 31 ili tamam olur

18 oktyabr 2022 ci il Azərbaycan müstəqilliyinin bərpa edilməsinin 31 ili tamam olur. Məktəbimizin tarix müəllimi Rəna Əhmədova nın rəhbərliyi və 7b sinif şagirdlərinin iştirakı ilə "Müstəqil Azərbaycan" adlı sinifdaxili tədbir keçirildi. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Rəna müəllimə müstəqilliyimizin tarixindən danışdı. Müasir Azərbaycanın qurucusu ümummilli lider H. Əliyevin müstəqilliyimiz uğrundakı əvəzsiz xidmətləri xüsusi qeyd edildi. Daha sonra şagirdlər Azərbaycanın müstəqil həyatı, qazanılan uğurları barədə ətraflı məlumat verdilər. Sonda Müstəqil Azərbaycan Respublikasını əks etdirən videoçarx nümayiş etdirildi.