Qaradağ Rayon İcra Hakimiyyətinin və Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Sahil qəsəbəsində yerləşən Gənclər Evində,,Nə,Harada,Nə vaxt,,intellektual yarış keçirildi

25.11.2016-cı il tarixdə Qaradağ Rayon İcra Hakimiyyətinin və Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Sahil qəsəbəsində yerləşən Gənclər Evində ölkəmizdə keçiriləcək 1-ci İslam Oyunlarına həsr edilmiş məktəblilər arasında ,,Nə,Harada,Nə vaxt,,intellektual yarış keçirildi.Yarış Sahil qəsəbəsindəki 253,273,228,319 nömrəli tam orta məktəblərin,16 saylı peşə liseyinin və 9 nömrəli xüsusi internat məktəbinin şagirdləri arasında keçirildi.Gərgin mübarizə şəraitində keçən Breyn Rinqdə məktəbimizin komandası yüksək fəallıq göstərmiş,bilik və bacarıqlarını nümayiş etdirərək 1-ci yerə layiq görülmüşdürlər.