Ceyhun Hacıbəylinin 125 illik yubileyinə həsr olunmuş ədəbi disput təşkil edildi
Məktəbimizdə Ceyhun Hacıbəylinin 125 illik yubileyi münasibəti ilə ədəbi disput keçirildi.Tədbiri musiqi müəllimi Heybətova Aynur keçirtdi.Tədbirdə 9b sinif şagirdləri iştirak etdilər.Tədbirdə Ceyhun bəyin keçdiyi ömür yolundan bəhs edildi.Şagirdlər onun həyat və fəaliyyəti işıqlandırılmış video görüntüləri izlədilər.Şagirdlərin çıxışları dinlənildi.Müəllim Ceyhun Hacıbəylinin 125 illik yubileyi haqqında məlumat verdi.Şagirdlər onun Azərbaycanda və Fransada gördüyü işlər,yazdığı məqalələr,çalışdığı qəzet və jurnallar haqqında məlumat mübadiləsi apardı.Yazıçı məqalələr yazmaqdan əlavə bir cox əsərləri Azərbaycan dilinə,eləcə də Azərbaycan dilindən fransız dilinə çevirmişdir.Ceyhun bəy Hacıbəylinin 1962-ci ildə dünyasını dəyişib və Parisdə dəfn olunduğunu musiqi müəllimi şagirdlərin nəzərinə çatdırıb.