Beynəlxalq Müəllimlər Günü

5 oktyabr-"Beynəlxalq Müəllimlər Günü "münasibətilə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Qaradağ Rayon Komitəsinin təşkilatçılığı ilə mükafatlandırma tədbiri keçirildi.Tədbirdə gənc nəslin təlim-tərbiyəsində əldə etdiyi nailiyyətlərə və 5 oktyabr-"Beynəlxalq Müəllimlər Günü " münasibətilə məktəbimizin Azərbaycan dili və ədəbiyyat müəllimi Nəzakət Atayeva, riyaziyyat müəllimi Şəlalə Quliyeva, kimya müəllimi Ülkər Rəsulova və ibtidai sinif müəllimi Aynurə Quliyeva fəxri fərman və hədiyyə ilə təltif edilmişdir.Tədbirdə Milli Məclisin deputatı Səbinə Xasiyevada iştirak edirdi.ATIAHI nın Qaradağ rayon komitəsinin sədri Zümrüd xanıma təşəkkür edirik.