28 may Respublika günü münasibəti ilə keçirilən tədbir "Şuşa ili"nə həsr olundu

Məktəbin akt zalında 5 nömrəli uşaq incəsənət məktəbinin şagirdləri konsert proqramı ilə çıxış etdilər. Bu şagirdlərin içində bizim məktəbin şagirdləridə vardı. 28 may Respublika günü münasibəti ilə keçirilən bu tədbir "Şuşa ili"nə həsr olundu. Məktəblilər arasında müstəqillik, dövlətçilik ideyalarına,milli-mənəvi dəyərlərə sadiqlik, vətənpərvərlik hisslərini gücləndirmək istiqamətində maarifləndirici tədbir təşkil olundu. Məktəb şagirdlərinin ifasında mahnılar oxundu, rəqslər edildi.