"Zəfər tarixi" adlı dəyirmi masa

Məktəbimizin tarix müəllimi Rəna Əhmədovanın təşkilatçılığı və 9a, 9c sinif şagirdlərinin iştirakı ilə "Zəfər tarixi" adlı dəyirmi masa keçirildi. Tədbirdə şagirdlər 44 günlük Vətən müharibəsi, bu il "Şuşa ili" olduğu üçün qədim Şuşa şəhəri haqqında məlumat verdilər. Şuşa şəhəri ilə bağlı videoçarx nümayiş etdirildi. Sonda tarix müəllimi Rəna Əhmədova Azərbaycanın ən gözəl guşələrindən biri olan Qarabağımız haqqında ümumi məlumat verdi.