Ekskursiya

Məktəbimizin 6 b sinif şagirdləri və tarix müəllimi Rəna Əhmədovanın təşkilatçılığı ilə şagirdlərimiz Bakıda yerləşən bir neçə muzeydə oldu. Muzey əməkdaşlarının bələdçiliyi ilə şagirdlər eksponatlarla tanış oldular. Ekskursiya ərzində şagirdlərimiz Azərbaycanın milli - mədəni dəyərləri, qədim mədəniyyət irsi ilə yaxından tanış olub yeni biliklər əldə etdilər. Belə ekskursiyalar şagirdlərin vətənpərvərlik tərbiyyəsi də, milli mədəni irsimizin öyrənilməsində, şagirdlər arasında əməkdaşlığın formalaşmasında, eləcə də, cəmiyyətdə özünü təmsiletmə, idarəetmə bacarığının formalaşmasında mühüm rol oynayır.