Azərbaycanda multikulturalizm və tolerantlıq mövzusunda "dəyirmi masa" təşkil olunmuşdur

10.11.2016-cı il tarixində məktəbimizdə "Azərbaycanda multikulturalizm və tolerantlıq" mövzusunda "dəyirmi masa" təşkil olunmuşdur.2016-cı il Azərbaycan Respublikasının Prezidenti İ.Əliyev tərəfindən “Multikulturalizm ili” elan olunmuşdur.Multilkulturalizmə həsr olunmuş tədbirdə əvvəlcə 8b sinfinin sinif rəhbəri Maliki Ülviyyə şagirdlərə mövzu haqqında məlumat verdikdən sonra,şagirdlər mövzuya uyğun fikirlərini,məlumatlarını səsləndirdilər.Müzakirələrdən sonra tədbir iştirakçılarına kiçik səhnəcik təqdim olundu.Tədbirdə tolerantlıq mövzusuna həsr olunmuş slayd nümayiş etdirildi.Xalqımızın hər zaman böyük dəyər verdiyi ənənələri yaşatmaq və təbliğ etmək bizim borcumuzdur.