Narkomaniyaya yox deyək adlı tədbir keçirildi

07.10.2016-cı il tarixdə məktəbimizdə 9,,b,,sinif şagirdlərinin hazırladıqları ,,Narkomaniyaya yox deyək,, və ,,Narkomaniya əsrin faciəsidir,,mövzusunda 9-10-11sinif şagirdləri ilə məktəb tədbiri keçirildi.Tədbirdə Qaradağ rayon polis idarəsinin rəis müavini polis polkovnik leytenantı Yaşar İsayev,yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili bölməsinin baş inspektoru polis mayoru Ceyran Şirinova və həmin bölmənin inspektoru polis kapitanı Ramil Hacıyev,məktəb rəhbərliyi və pedaqoji kollektiv iştirak etdi.Məktəbin direktoru Nəriman Mürsəliyev,məktəbin tibb bacısı Sədaqət Bəşirova,məktəbin təşkilatçısı Nargilə Əhmədova şagirdlərə sağlam yaşamağın,zərərli vərdişlərdən uzaq olmağın faydaları haqqında məruzə etdilər.Tədbirdə çıxış edən DİN əməkdaşları şagirdlərə narkomaniyaya düçar olanların acınacaqlı həyatından danışaraq,onlara pis vərdişlərdən çəkinməyi tövsiyyə etdi.