Talassemiya ilə mübarizə adlı dəyirmi masa təşkil olundu

Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2015- ci il tarixli 1044 nömrəli Sərəncamı ilə ,,Talassemiya ilə mübarizəyə dair 2015-2020-ci illər üçün DövlətProqramı,,üzrə Tədbirlər Planının 5.7.3-cü bəndinin icrası və talassemiyyanın profilaktikasının gücləndirilməsi,məktəblilərin talassemiyaya dair marifləndirilməsi və sosial səfərbərliyin təmin edilməsi məqsədi ilə məktəbimizdə dəyirmi masa təşkil edildi.Dəyirmi masada məktəbin tibb bacısı Bəşirova Sədaqət şagirdlərə talassemiya xəstəliyi barədə məlumat verdi və talassemiya xəstəliyinə aid slayd şounu uşaqlara təqdim etdi.Dəyirmi masada məktəbin biologiya müəllimləri Məlikova Simuzər və Musayev Nadir də bu xəstəlik barədə öz məlumatlarını şagirdlərə çatdırdılar və şagirdlərin suallarını cavablandırdılar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi